Cəlilabadda müəllim öz evini məktəbə çevirdi

2022-04-19 10:18:00

Cəlilabadda müəllim öz evini məktəbə çevirdi

Cəlilabadda müəllim öz evini məktəbə çevirib.

Hurriyyet.az Report-a istinadən xəbər verir ki, rayonun Musalı kənd orta məktəbinin ibtidai sinif müəllimi Aidə Quliyeva iki sinfin şagirdlərinin tədrisi üçün öz evində şərait yaradıb.

Buna səbəb isə bir müddət əvvəl yağan güclü qar qəzalı vəziyyətdə olan rayonun Musalı kənd tam orta məktəbinin inzibati binasının bir hissəsini uçurmuşdu. Tamamilə yararsız hala düşən məktəbdə tədrisin həyata keçirilməsi mümkün olmadığından şagirdlər qonşu Zəhmətabad kəndinin məktəbinə köçürülmüşdü.

Zəhmətabad kənd orta məktəbində isə yer çatışmazlığı yarandığı üçün iki sinfin şagirdlərinin tədrisi Musalı kəndində, ibtidai sinif müəlliminin evində təşkil edilib.

Cəlilabad Rayon Təhsil Şöbəsindən bildirilib ki, məsələ ilə əlaqədar aidiyyəti dövlət orqanlarına məlumat verilib və nəzarətə götürülüb:

"19 mart 2022–ci il tarixdə yağan güclü qar nəticəsində Cəlilabad rayonu Musalı kənd tam orta məktəbin binasının bir hissəsi yararsız vəziyyətə düşüb. Bununla əlaqədar olaraq məktəbin hazırlıq qrupu və ibtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə təhsil alan şagirdləri təhlükəsiz şəkildə təhsillərini davam etdirməsi üçün 28 mart 2022-ci il tarixdən yaxın məsafədə yerləşən Zəhmətabad kənd tam orta məktəbinə köçürülüb. Lakin həmin məktəbdə yer çatışmazlığı olduğundan iki sinfin şagirdlərinin təhsilini davam etmələri Musalı kənd orta məktəbinin ibtidai sinif müəlliminin evində şərait yaradılıb".

Təhsil şöbəsindən verilən məlumata görə, hadisə tədris prosesinin olmadığı tətil günlərində baş verib: "Musalı kənd tam orta məktəbin V-XI sinif şagirdləri 01.11.2021-ci il tarixdən təhsillərini Zəhmətabad kənd tam orta məktəbində davam etdirirlər".


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya