Saat:20:01
Haqqımızda

Cəlilabadda bu ərazidə güclü yanğın başladı

2025-12-02 14:56:01

Cəlilabadda bu ərazidə güclü yanğın başladı

Cəlilabad rayonu ərazisində yerləşən su-bataqlıq ərazilərindən birində yerləşən ovçuluq təsərrüfatında güclü yanğın başlayıb.

Hurriyyet.az xəbər verir ki, yanğın quru ot və qamışlıq sahəsinin alovlanması nəticəsində baş verib.

Yanğın yerinə Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.

Yanğının səbəbləri ilə bağlı araşdırma aparılır.

Report.az