"Çeçenistanda varis əməliyyatına start verilib" - XAQANİ CƏFƏRLİ

2023-09-19 11:20:23

"Bu ilin noyabrında 18 yaşı tamam olacaq bir yeniyetmənin Bakıda belə yüksək səviyyədə qəbul olunmasının başqa izahı ola bilməz"

"Ramazan Kadırovun yoxluğunda Qafqazda mərkəzdənqaçma prosesinin sürətlənəcəyi gözlənilir və bu ehtimal Putini qorxudur"

"Ramzan Kadırovun oğlu, həddi-büluğa çatmamış Əhməd Kadırovun mart ayında Kremldə Putin tərəfindən qəbul olunması, ardınca Bakıya səfər edərək Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə və Azərbaycanın mövcud siyasi elitasının önəmli şəxslərindən biri olan İqtisadiyyat naziri Mikayıl Cabbarov görüşməsi Çeçenistanda varis əməliyyatına start verilməsinin göstəricisi idi". Hurriyyet.az xəbər verir ki, bunu politoloq Xaqani Cəfərli deyib. 

Politoloqun sözlərinə görə, Ukraynada hərbi-siyasi uğursuzluq Rusiyanı elə vəziyyətə salıb ki, Kreml 2007-ci ildən fərqli olaraq indi Çeçenistanda varis əməliyyatını təkbaşına həyata keçirə bilmir: "Buna görə də, Rusiyanın Qafqaz siyasətində önəmli mövqeyə malik olan Qafqaz Müsəlmanları İdarəsinin də bu prosesdə iştirakına ehtiyac yaranıb. Bu ilin noyabrında 18 yaşı tamam olacaq bir yeniyetmənin Bakıda belə yüksək səviyyədə qəbul olunmasının başqa izahı ola bilməz. Əhmət Kadırovu Bakıdakı görüşlərdə Rusiyanın ölkəmizdəki Fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovun və Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksinin müşayət etməsi də yeniyetmənin səfərinin rəsmi xarakter daşıdığını və Kremlin qərarı olduğunu göstərirdi".

Xaqani Cəfərlinin bildirdiyinə görə, belə məlumatlar var ki, ötən gün Rusiya Təhlükəzilik Şurası Ramazan Kadırovun yoxluğunda Çeçenistanda vəziyyətə nəzarət altında saxlamağı müzakirə etmək üçün fövqəladə toplantı keçirib: "Toplantıda Rusiya Qvardiyasının bölmələrinin Çeçenistan sərhədinə göndərilməsinə qərar verilib. Ramazan Kadırov Putinin Qafqaz siyasətində əsas sima idi. Onun yoxluğunda Qafqazda mərkəzdənqaçma prosesinin sürətlənəcəyi gözlənilir və bu ehtimal Putini qorxudur. Bu qorxu Qafqazda yeni qanların tökülməsinə səbəb ola bilər".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.135426