Cəbrayılda “KamAZ” buraxılacaq

2022-04-26 20:01:00

Cəbrayılda “KamAZ” buraxılacaq

Bu ilin ikinci rübündə Cəbrayıl rayonunda “KamAZ” servis mərkəzi istifadəyə veriləcək.

Bunu Azərbaycan-Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası dövlət komissiyasının 20-ci iclasında çıxış edərkən Rusiya Federasiyası Hökumətinin sədr müavini Aleksey Overçuk deyib.

Onun sözlərinə görə, servis mərkəzi yük avtomobillərinə və kənd təsərrüfatı texnikalarına texniki xidmət göstərəcək.

“Layihənin bünövrəsi 2021-ci il oktyabrın 4-də Cəbrayıl rayonunda qoyulub. Bu layihə Gəncə Avtomobil Zavodu ilə birgə həyata keçirilir. Mərkəzin planlaşdırılan istismara verilmə tarixi 2022-ci ilin ikinci rübüdür”, – deyə Aleksey Overçuk qeyd edib. \\Az24saat.org


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya