Cəbrayılda hərbçi minaya düşərək həlak olub
2025-04-07 09:32:28

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu Əsgər Nicat oğlu Musayev Cəbrayıl rayonunda minaya düşərək həlak olub.
Hurriyyet.az xəbər verir ki, mərhumun nəşi dəfn olunması üçün Lənkəran rayonuna gətirilib.
Ə.Musayev Göyşaban kənd qəbiristanlığında torpağa tapşırılacaq.
