Cəbhə xətti şərqə deyil, qərbə doğru hərəkət edir - Siyarto
2025-03-29 20:44:03
.jpg)
Ukrayna Rusiya ilə münaqişədə döyüş meydanındakı reallıqlara məhəl qoymur.
Bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.
“Kiyev və Brüssel hələ də hərbi əməliyyatları davam etdirməkdə qərarlıdır. Son üç ildə toplanmış təcrübədən heç bir nəticə çıxarmaq istəmir. Təcrübə ondan ibarətdir ki, cəbhə xətti şərqə deyil, qərbə doğru hərəkət edir”, - Siyarto bildirib. \\Ölkə.az
