Saat:07:55
Haqqımızda

Çaya düşən avtobusun içərisindən görüntülər yayıldı – Video

2024-05-11 16:04:49

Çaya düşən avtobusun içərisindən görüntülər yayıldı – Video

Xəbər veridiyimiz kimi, Sankt-Peterburqda körpüdən çaya aşan avtobusun içərisindən video yayılıb. 

Hurriyyet.az xəbər verir ki, videonu “112” Teleqram kanalı yayıb. 

Kadrlardan görünür ki, sürücü sükanı idarə etməyə çalışsa da, sonradan idarəni itirir. Avtobus çaya düşəndən sonra isə videoyazı yarıda kəsilir.

Qeyd edək ki, mayın 10-da günorta saatlarında Sankt-Peterburqda “Potseluyev” körpüsündən göy rəngli avtobus Moyka çayına düşüb. İlkin məlumata görə, avtobusun sürücüsü idarəetməni itirərək hasara çırpılıb.

Hadisə zamanı avtobusda 15 nəfər olub. Xilasedicilər sərnişinlərin hamısını çıxara bilsələr də, onların hamısını xilas etmək mümkün olmayıb. Nəticədə, hadisə zamanı 7 nəfər ölüb. 

İstintaq Komitəsinin əməkdaşları hadisə ilə bağlı cinayət işi açıb. Avtobusun və avtomobilin sürücüsü saxlanılıb.

yeniavaz.com

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.190874