Çavuşoğlu:“Ermənistan Zəngəzur dəhlizindan narahat olur. Baxın, bunlar sizin imzaladığınız razılaşmalarda var” – VİDEO

2022-08-23 15:25:00

Çavuşoğlu:“Ermənistan Zəngəzur dəhlizindan narahat olur. Baxın, bunlar sizin imzaladığınız razılaşmalarda var” – VİDEO

“Cənubi Qafqazda uzunmüddətli sülh Azərbaycanla Ermənistan arasında sülh razılaşmasının əldə edilməsi ilə mümkün ola bilər”

“Ermənistan elə davranır ki, sanki işğalçı dövlət o deyil”

“Erməni hərbçiləri Qarabağdan çıxmalıdırlar”

Hurriyyet.az xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Haber Qlobal kanalına müsahibəsində Azərbaycanla Ermənistan arasındakı münasibətlərdən də danışıb.

Çavuşoğlu Azərbaycan tərəfinin sülh təşəbbüslərini səsləndirdiyini, lakin Ermənistanın buna gec cavab verdiyini söyləyib. Nazir xatırladıb ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə nümayəndələr artıq dörd görüş keçiriblər və bu proses Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması il sıx bağlıdır.

Çavuşoğlu deyib: “Cənubi Qafqazda uzunmüddətli sülh Azərbaycanla Ermənistan arasında sülh razılaşmasının əldə edilməsi ilə mümkün ola bilər”.

Çavuşoğlu xatırladıb ki, Brüsseldəki danışıqlardan sonra iki ölkə arasında sərhədlərin delimitasiyası üzrə komissiyanın yaradılması, həmçinin, sülh müqaviləsinin hazırlanması üzrə razılıq əldə edilib.

Çavuşoğlu deyib: “Bir də Zəngəzur məsələsi var. İndi bunlardan danışdıqda Ermənistan narahatlığını bildirir. Halbuki, bütün bunlar sizin imzaladığınız, Rusiyanın da iştirak elədiyi üçtərəfli razılaşmalarda var. Sən həqiqətən də, regionda sülh istəyirsən, yoxsa yox? Bunu söylə. Axı işğal etdiyin torpaqlar Azərbaycan torpaqlarıdır. Bəzən özlərini elə aparırlar ki, sanki işğalçı dövlət onlar deyil, sanki Azərbaycan onların torpaqlarını işğal edib”.

Türkiyənin Xarici İşlər naziri erməni hərbçilərin hamısının Qarabağdan çıxarılmalı olduğunu da qeyd edib: “Rusiya sülhməramlılarının regiona gəlişindən sonra erməni qüvvələri Qarabağdan çıxmalı idilər. İki il keçsə də, burada hələ də erməni hərbçiləri qalıb”.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.066441