Çavuşoğlu Türkiyəyə qarşı ittihamları rədd elədi: "İraq məqamları bu tələyə düşməməlidirlər" - VİDEO

2022-07-21 16:38:00

Çavuşoğlu Türkiyəyə qarşı ittihamları rədd elədi:

 “Türk əsgəri dinc əhaliyə hücum etməyib”

Hurriyyet.az “Sabah” nəşrinə istinadla xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu dünən İraqda baş verən hücumla bağlı açıqlama verərək, Türkiyə hərbçilərinin İraqın şimalındakı turistləri vurmadığını bildirib. Çavuşoğlu deyib: “Silahlı Qüvvələrimizdən aldığımız məlumata görə, dinc əhaliyə qarşı heç bir hücum etməmişik. İraq məqamları bu tələyə düşməməlidirlər”.

Onun sözlərinə görə, Türkiyə Silahlı Qüvvələri İraqda həmişə terrorçulara qarşı mübarizə aparıb. Türkiyə dövləti onun ünvanına qarşı bütün ittihamları rədd edib.

Qeyd edək ki, iyulun 20-də İraqın Dohuk vilayətindəki turist zonasına azı dörd artilleriya mərmisi düşüb. Nəticədə 9 nəfər həlak olub, 20 nəfərdən çox yaralı var. Zərərçəkənlərin hamısı İraq vətəndaşı olub. Bu gün İraqda birgünlük matəm elan edilib.

İraq hökuməti Dohuk vilayətində baş verən hadisə ilə bağlı Bağdaddakı Türkiyə səfirini XİN-ə çağırıb. Təxribatçılara inanan qrup insan İraqdakı Türkiyə nümayəndəliyinin qarşısında aksiya keçirib, Türkiyə bayrağını yandırıb.

İraq hökuməti Türkiyəyə yeni səfir təyin eləmək məsələsini də təxirə salıb.

Türkiyənin Xarici İşlər Nazirliyi Dohuk vilayətinin Zaho rayonunda dərə kənarındakı dinc sakinlərə qarşı hücumu törədənlərin kimliyinin müəyyənləşdirilməsi üçün İraq hökumətinə əməkdaşlıq eləməyi təklif edib.

Türkiyənin İraqdakı səfiri Ali Rıza Güney isə “Tvitter” hesabındakı paylaşmasında yazıb: “PKK terror təşkilatı tərəfindən şəhid olan qardaşlarımıza başsağlığı diləyirik”.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.091049