Çavuşoğlu: “Qazaxıstan üçün bütün imkanlarımızı səfərbər etməyə hazırıq”
2022-01-11 16:54:00
Hurriyyet.az “Akşam” nəşrinə istinadla xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Qazaxıstandakı vəziyyətlə bağlı açıqlama verib. Çavuşoğlu deyib: “Bütün imkanlarımızla Qazaxıstanı dəstəkləyirik və bütün imkanlarımızı səfərbər etməyə hazırıq. Biz qardaş Qazaxıstanın gücünə, bəsirətinə və müdrikliyinə güvənirik. Bu gün vəziyyətin nəzarət altına alınmasından məmnunuq”.
Hürr Tərcüman
