Çavuşoğlu müstəqil Azərbaycanla diplomatik əlaqələrin 30 illik yubileyini təbrik etdi: “Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!”

2022-01-14 13:44:00

Çavuşoğlu müstəqil Azərbaycanla diplomatik əlaqələrin 30 illik yubileyini təbrik etdi: “Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!”

Bu, müstəqil Azərbaycanın beynəlxalq aləmdə diplomatik münasibətlərə dair imza atdığı ilk sənəd olub

Hurriyyet.az xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycan ilə Türkiyə dövlətləri arasındakı diplomatik münasibətlərin yenidən qurulmasının 30 illiyi münasibəti ilə “Tvitter” və “Feysbuk” səhifələrində Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun da adını qeyd edərək təbrik yazıb: “Bu gün can Azərbaycanla diplomatik əlaqələrimizin yenidən qurulmasının, qardaşlarımıza yenidən qovuşmağımızın 30-cu ildönümüdür. Kədərdə və sevincdə hər zaman birlikdəyik, birlikdə olmağa davam edəcəyik. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı! Bir millət – iki dövlət”.   
Qeyd edək ki, 1992-ci il yanvarın 14-də Azərbaycanla Türkiyə arasında diplomatik əlaqələrin qurulmasına dair protokol imzalanıb. Bu, müstəqil Azərbaycanın beynəlxalq aləmdə diplomatik münasibətlərə dair imza atdığı ilk sənəd idi. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətini birinci olaraq tanıyan Türkiyə 74 il sonra müstəqilliyini ikinci dəfə elan etmiş Azərbaycan Respublikasını da hamıdan əvvəl tanıyıb.

Hürr Tərcüman