Saat:17:26
Haqqımızda

Çavuşoğlu Ermənistana etibar məsələsindən danışdı

2022-01-20 16:05:00

Çavuşoğlu Ermənistana etibar məsələsindən danışdı

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Türkiyənin Xarici İşlər nazirii Mövlud Çavuşoğlu Türkiyə ilə Ermənistanın xüsusi nümayəndələrinin ikitərəfli münasibətləri normallaşdırmaq üçün keçirəcəkləri ikinci görüşdə etibar atmosferinin möhkəmləndirilməsi addımlarının müzakirə ediləcəyini bildirib.

Çavuşoğlu bildirib ki, nümayəndələrin birinci görüşündə dialoqun məqsədləri dəqiqləşdirilib və Ankara İrəvanla münasibətlərin tam normallaşdırılmasına çalışır. O, erməni tərəfinin də bu mövqedən məmnun olduğunu qeyd edib.

Nazir deyib: “Xüsusi nümayəndələrin təyin edilməsindən və aviasiya əlaqələrinin yaradılmasından sonra atılacaq növbəti addımlar müzakirə ediləcək. Bunun üzərində xüsusi nümayəndələr çalışacaqlar. Onlar etibar atmosferinin möhkəmləndirilməsi üçün atılacaq addımları müzakirə edəcəklər”.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR