Saat:04:02
Haqqımızda

Çavuşoğlu: “Ərdoğan cümə günü Putinlə danışacaq”

2021-12-01 14:38:00

Çavuşoğlu: “Ərdoğan cümə günü Putinlə danışacaq”

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlus Çavuşoğlu dekabrın 3-də, cümə günü Türkiyə Prezidenti R.T.Ərdoğan ilə Rusiya Prezidenti V.Putin arasında telefon danışığı olacağını söyləyib.

NATO XİN rəhbərlərinin sammitinin növbəti iclasından əvvəl jurnalistlərin suallarına cavab verən Çavuşoğlu Türkiyənin həm Rusiya, həm də Ukrayna ilə təmasda olduğunu, hər iki tərəfə sakitliyi tövsiyə elədiklərini bildirib.

“Rusiyanın aaqressiv mövqeyini necə qarşılayırsınız?” sualının cavabında nazir belə deyib: “Hər iki tərəf ilə də təmasdayıq. Sakitliyi və gərginliyin azaldılmasını tövsiyə edirik. Bu yaxınlarda hər iki ölkənin xarici işlər nazirləri ilə - Sergey Lavrov və Dmitri Kuleba ilə danışdım. Cümə günü prezidentimiz Rusiyanın Prezidenti Vladimir Putin ilə danışacaq. Mən bu gün burada, sabah da Stokholmda Dmitri Kuleba ilə görüşəcəyəm. Yəni hər iki tərəflə də təmasdayıq”.

Qeyd edək ki, NATO Xarici İşlər Nazirlərinin Sammitində Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba ilə Gürcüstan Xarici İşlər naziri David Zalkaliani də iştirak edir.

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 28-ci iclası isə dekabrın 2-3-də, İsveçin Stokholm şəhərində keçiriləcək

Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR