Çavuşoğlu Ceyhun Bayramova zəng etdi

2023-01-27 11:37:00

Çavuşoğlu Ceyhun Bayramova zəng etdi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng edib.

Hurriyyet.az xəbər verir ki, bu barədə məlumatı “Haber Global” yayıb.

Söhbət zamanı Çavuşoğlu Azərbaycanın İrandakı səfirliyinə edilən hücumu şiddətlə qınadığını, Türkiyənin Azərbaycanın hər zaman yanında olduğunu vurğulayıb. 

O, həmçinin hücum zamanı diplomatik nümayəndəliyin mühafizəçisi Orxan Əsgərovun həlak olması ilə bağlı başsağlığı verib, yaralılara şəfa diləyib. (qafqazinfo)


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.376078