Çavuşoğlu: “Bu, Ermənistan üçün səmimiyyət testidir”

2022-12-29 12:42:00

Çavuşoğlu: “Bu, Ermənistan üçün səmimiyyət testidir”

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bugünkü çıxışında Laşın dəhlizindəki son hadisələrin Ermənistan üçün bir “səmimiyyət testi” olduğunu bildirib.

Nazir Ankarada media nümayəndələri üçün keçirilən ilin son mətbuat konfransında deyib: “Can Azərbaycanla əməkdaşlığımız iki ölkə arasında mümkün ola biləcək ən yüksək səviyyədədir. Azərbaycanla yaxın koordinasiyalı şəkildə Ermənistanla münasibətləri normallaşdırma prosesini davam etdiririk. Təbii ki, Laçın dəhlizindəki son hadisələr Ermənistan üçün bir səmimiyyət testi olacaq. Azərbaycan torpaqlarının sərvətlərinin qəsb edilməsinə çalışılması qəbuledilməzdir”.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.142396