Çavuşoğlu: “ABŞ Suriyada terrorçuluğu legitimləşdirir”

2022-05-13 17:15:00

Çavuşoğlu: “ABŞ Suriyada terrorçuluğu legitimləşdirir”

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla  xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ-ı Suriyadakı terrorçuların mövcudluğunu qanuniləşdirmək cəhdində ittiham edib.

Çavuşoğlu ABŞ Maliyyə Nazirliyinin “Sezar qanuu”na yanaşma məsələsinə yenidən baxmaq qərarından danışıb.

Konqo Demokratik Respublikasının Xarici İşlər naziri Lutundulo Apalo ilə birgə mətbuat konfransında çıxış edən Çavuşoğlu xatırladıb ki, ABŞ Maliyyə Nazirliyi Suriya ilə bağlı axırıncı qərarında bu ölkənin Bəşər Əsəd hökumətinin nəzarəti altında olmayan bir sıra şimal-şərq və qərb rayonlarını “Sezar qanunu” adlı sanksiyaların əhatə dairəsindən çıxarıb.  “Sezar qanunu” “Suriyanın mülki əhalisinin müdafiəsi barəsində akt”dır.

“Belə yanaşma ayrı-seçkilikdir. Birləşmiş Ştatlar Suriyanın yalnız müəyyən rayonlarına qarşı sanksiyaları yumşaldıblar. Təəssüf ki, Vaşinqtonda heç kimlə məşvərət etmədən, yalnız özəl meyarlarına əsaslanaraq qərar qəbul edirlər”. Nazir ABŞ-ın faktiki olaraq, yalnız PKK/YPG terrorçularının nəzarətində olan rayonlara vəsait ayırdığını qeyd edib.

Çavuşoğlu xatırladıb ki, Türkiyənin dəstəyi ilə terrorçulardan azad edilmiş Suriya rayonlarına qarşı ABŞ-ın sanksiyaları qüvvədə qalmaqdadır, halbuki bu yasaqlar Afrin kimi PKK nəzarətində olan rayonlara tətbiq edilmir.

Çavuşoğlu qeyd edib ki, Türkiyənin terrorçulardan təmizlədiyi Suriya ərazilərinə artıq 500 min nəfərə yaxın qaçqın qayıdıb.

Çavuşoğlu söyləyib ki, ABŞ və beynəlxalq ictimaiyyət İdlibdəki atəşkəs zonasının sakinlərini də dəstəkləməlidir, lakin, bu faktiki olaraq baş vermir: “Niyə? Çünki həmin regionda milyonlarla köçkün yaşayır. Yalnız Türkiyə İdlibdə onminlərlə suriyalı ailəsi üçün briket evlər tikir. 100 minə qədər bu cür ev tikilməsi nəzərdə tutulur”.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya