Cavidan Novruz “TikTok”da “dilənən” məşhurları qınadı - VİDEO
2022-04-25 21:09:00

Xalq artisti Ramiz Novruzun oğlu, aktyor Cavidan Novruz “TikTok”da canlı yayıma girən və oyunlara qoşulan sənət adamlarını tənqid edib.
Bu barədə Cavidan “Fatehin divanı” verilişində qonaq olarkən danışıb.
“TikTok”da oturmağı özünə yaraşdırmayan aktyor pula görə yarışanları “dilənçi” adlandırıb:
“TikTok”da yoxam. Tanınan adam, sima canlı yayımda oturub, tamaşaçıdan nəsə dilənməməlidir. Azərbaycanda bu sosial şəbəkə bunun üçündür. Tanınmış adam əlçatmaz zirvədir. Bəzən elə hərəkət edirlər ki, deyirsən onu elə uzaqdan tanımaq yaxşıdır. Məni cəlb ediblər, amma demişəm bacarmaram. Oturub saqqız çeynəyə-çeynəyə “filankəs filan şey göndərin” deyə bilmərəm. Bu, biabırçılıqdır”.
Sözügedən videonu təqdim edirik:
Oxu.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya