Cavid Qurbanovun qardaşı Naxçıvana nazir göndərilən rəisin yerinə TƏYİN EDİLİB

2023-01-14 01:05:00

Cavid Qurbanovun qardaşı Naxçıvana nazir göndərilən rəisin yerinə TƏYİN EDİLİB

Suraxanı Rayon Polis İdarəsinə yeni rəis təyin edilib.

Bu barədə daxili işlər naziri Vilayət Eyvazov əmr imzalayıb. Belə ki, Abşeron Rayon Polis İdarəsinin rəisi Şəhriyar Şəmşirli vəzifəsindən azad olunub. Digər əmrlə o, Suraxanı Rayon Polis İdarəsinin rəisi təyin edilib.

Qeyd edək ki, Suraxanı RPİ-nin əvvəlki rəisi Süleyman Nemətov keçən ay Naxçıvan MR-in daxili işlər naziri təyin olunmuşdu.

Şəhriyar Şəmşirli Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, "Dəmir Yolları"nın sabiq sədri Cavid Qurbanovun qardaşıdır.

 

Mənbə: Milletinsesi


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.149599