Cavanşir Məmmədovdan aparıcı Lətafətə şillə kimi cavab: “Dilini kəsərəm” - YENİLƏNİB + VİDEO

2022-05-26 19:53:00

Cavanşir Məmmədovdan aparıcı Lətafətə şillə kimi cavab: “Dilini kəsərəm” - YENİLƏNİB + VİDEO

“Əməkdar artist Cavanşir Məmmədovun verdiyi açıqlama ilə bağlı qarşı tərəf hüquq-mühafizə orqanlarına müraciət edə bilər”.

Hurriyyet.az bildirir ki, bunu Oxu.Az-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Turan Abdullazadə bildirib. 

O qeyd edib ki, əgər cinayət təqibini həyata keçirən hüquq-mühafizə orqanları onun bu açıqlamasının real əsaslarını aşkar edərsə, şəxs cinayət məsuliyyətinə cəlb oluna bilər: 

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 134-cü maddəsinə görə (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) hədənin icra ediləcəyi üçün real əsaslar olduqda min manatdan iki min manatadək miqdarda cərimə, yaxud iki ilədək islah işləri və yaxud iki ilədək azadlığın məhdudlaşdırılması, yaxud iki ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Qeyd etdiyim kimi, əgər real əsaslar varsa şəxs cinayət məsuliyyətinə cəlb edilə bilər. 

Düşünürəm ki, adıçəkilən şəxs açıqlamasında əsəbini ifadə edib və bu ifadəni məcazi mənada səsləndirib. 

Hər bir halda, real əsaslar olmasa belə qarşı tərəf məsələ ilə bağlı cinayət təqibini həyata keçirən hüquq-mühafizə orqanlarına müraciət edə bilər. Hüquq-mühafizə orqanları şəxsin səsləndirdiyi ifadədə real əsasların olub-olmamasını araşdırıb məsələyə hüquqi qiymət verəcək”.

16:21

Əməkdar artist Cavanşir Məmmədov aparıcı Lətafət Ələkbərovanın ona ünvanladığı botoks ittihamına sərt reaksiya verib.

Oxu.Az-a açıqlama verən Cavanşir Məmmədov aparıcının onun haqqında danışmasına əsəbiləşdiyini bildirib:

“Qələt edir! Mənə onun telefonunu verin, zəng edib başa salım ki, sənin tay-tuşun deyiləm. Atası yaşında adamam, getsin öz dərdi ilə məşğul olsun. Mən də ağzımı açsam, çox şey danışaram onlar haqqında. Mənim haqqımda heç kim heç nə danışa bilməz. Danışanın dilini kəsərəm! Mən hamısının zir-zibilini bilirəm. Otursunlar yerlərində! Mən sənət adamıyam, sənətkaram, şou-biznes adamı deyiləm. Haqqımda danışırlar, indi də telefonumu götürmürlər”.  

15:36

Aparıcı Lətafət Ələkbərova yeni açıqlaması ilə diqqət çəkib.

O, Əməkdar artist Cavanşir Məmmədovun “Üzümdə botoks yoxdur, əksini sübut edən şəxsə iki min manat verəcəyəm” iddiasına münasibət bildirib.

Bu barədə Lətafət ARB TV-də yayımlanan “Magazin plus” verilişinə müsahibəsində danışıb.

Ələkbərova əksini sübut etməyə hazır olduğunu bildirib:

“Cavanşir müəllim bizim verilişimizdə qonaq olub. İşıqlar onun üzünə düşəndə aydın bilinirdi ki, botoksu var. Əlim üzümdə qaldı, niyə deyirsiniz, yoxdur? Etmisinizsə, deyin, burada nə var ki? Niyə gizlədirsiniz? Kosmetoloquma aparacağam, sübut edəcək ki, üzündə botoks var. Hazıram, gəlsin. İki min manatı da gətirsin”.

Aparıcı şou-biznesdə üzündə botoks olan digər kişi sənətçilərin adlarını da açıqlayıb:

“Nadir Qafarzadə, Vasif Məhərrəmli, Niyam Salami, Kərimdə də botoks var. Hətta Kərim bu yaxınlarda kök hüceyrə vasitəsilə özünü 10 yaş cavanlaşdırıb”.

Ətraflı süjetdə:

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya