Cavanşir Feyziyevin şirkətinə protokol YAZILDI

2022-08-01 13:34:00

Cavanşir Feyziyevin şirkətinə protokol YAZILDI

Millət Vəkili Cavanşir Feyziyevə məxsus “Avromed Company” QSC barəsində protokol tərtib edilib.

Hurriyyet.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, şirkət barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib. Protokol baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin baxış iclası avqustun 10-na təyin edilib.

Qeyd edək ki, “Avromed Company” 2002-ci ildən fəaliyyətə başlayıb və əczaçılıq sahəsində ölkənin ən böyük şirkətlərindən biridir.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.073451