“Cavan gəlinlər ailəsini atıb Bakıya gəlir. Onların məqsədi...” - Aktrisa əsəbləşdi

2022-08-06 14:53:00

“Cavan gəlinlər ailəsini atıb Bakıya gəlir. Onların məqsədi...” - Aktrisa əsəbləşdi

“Mən ilk növbədə rayonlulara yox, bölgələrdən Bakıya gələn müəyyən gənclərə səslənmişəm. Çünki rayonlular dedikdə, tək gənclər deyil, yaşlı, orta nəsil nümayəndələri, hətta, körpələr də anlaşılır". 

Bu sözləri Yenisabah.az-a rayondan Bakıya gələnlər haqqında səsləndirdiyi fikirlərdən sonra tənqid və hətta ağır formada təhqir olunan tanınmış aktrisa Sonaxanım Əliyeva deyib. O, əmindir ki, fikirləri qəsdən təhrif olunur:

“Ümumiyyətlə, o verilişdə rayon yox, bölgələr kəlməsi işlənib. Sözlərim bölgələrdən gələn gənclərə aid idi, onu da hamıya şamil etmədim. Orda mövzu tamam başqa idi. Ailəsini atıb “məni axtarmayın” deyərək, Bakıya gələn gəlin barədə danışırdıq. 

İzləyicilər xəbəri açıb oxumadan qeyri-peşəkar başlığa görə təhqirlər yağdırırlar. Məni təhqir etməmişdən əvvəl verilişə baxsınlar. Bəli, bölgələrdə yaşayan müəyyən gənclərimizə səslənmişəm: “Niyə övlad dünyaya gətirib sonradan hər bir şeyi atıb Bakıya üz tutursunuz?” demişəm. “Nə olub, Bakıya bal töküblər?!” Mən “imkan verin bakıllılar nəfəs alsın” deməmişəm. Burada təhsil alan, işləyən, rayondan Bakıya gələnlər var. Bir də avaralıq etmək üçün gələnlər var. Mən də bunu efirdən demişəm. Məni təhqir edənlərə gəldikdə, sanki bunların evlərində televizor yoxdur. İstənilən sosial verilişdə “Bakıda qalmaq istəyirəm” arzusuyla cavan gəlinlərin efirə çıxdığını görürsən. Bakıdan başqa yerə getmək istəmədiklərini deyirlər. Niyə?! Məgər ailənlə bir yerdə gəlmisən?! Özünə hansı həyatı arzulayırsan?! Ucuz həyatımı? Onların məqsədi ancaq sərbəstlikdir. Mənim rayonlularla nə işim var?!  Mənim o qədər rayonlu dostlarım var ki... Bundan başqa, rayonlu ağsaqqal-ağbirçəklərimiz var. “Rayonlu” sözünü demək düzgün çıxmır axı. Niyə onda evlənirsiz?!  Ata-anasıın da evinə qayıtmaq istəmir. Evi yox, eşiyi yox, burda nə edəcək? Bu çıxış yoludurumu?!  Mənimlə müəyyən ekspertlər də razı oldular. Bu sözü təkcə, mən deyil, başqaları da deyib. Niyə diqqət ancaq mənim üzərimdə fokuslanır? Yəqin, daşım ağırdır!”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.061020