“Cavabımız ildırımsürətli olacaq” - Putin

2022-04-27 20:29:00

“Cavabımız ildırımsürətli olacaq” - Putin

"Kimsə Ukraynadakı vəziyyətə kənardan müdaxilə etmək istəsə və strateji təhlükə yaranarsa, cavabımız ildırımsürətli olacaq. Rusiya buna cavab olaraq rəqiblərində olmayan vasitələrdən istifadə edəcək". Bu sözləri Rusiya Prezidenti Vladimir Putin Rusiya Qanunvericilik Məclisinin iclasında çıxış edərkən deyib. Ukrayna və Donbasda keçirilən xüsusi hərbi əməliyyatda müəyyən edilən bütün vəzifələrin tamamlanacağını bildirən Putin qeyd edib ki, əməliyyatla Donbasın, Krımın və bütün Rusiyanın təhlükəsizliyini təmin edəcəklər. O, Qərbi ittiham edərək, Ukraynanın xarici dövlətlər tərəfindən Rusiya ilə birbaşa münaqişəyə sövq etdiyini bildirib. \\Ucnoqta.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya