Saat:00:09
Haqqımızda

Çarəsiz ana qızının yaşaması üçün kömək istədi - TEZLİKLƏ ƏMƏLİYYAT OLUNMALIDIR

2021-12-07 14:49:00

Çarəsiz ana qızının yaşaması üçün kömək istədi - TEZLİKLƏ ƏMƏLİYYAT OLUNMALIDIR

Şəmkir rayon sakini Gülşən Mustafayeva Dəmir qızı "Hürriyyət"ə müraciət edərək, qızı Musayeva Səbinə Əsgər qızının ağır xəstəlikdən əziyyət çəkdiyini deyib. O qızının tezliklə əməliyyat olunması üçün imkanlı şəxslərdən köməklik istəyib:

"Tək övladım var. Övladımı tək böyütmüşəm. Hazırda qızımın 35 yaşı var. Musayeva Səbinə Əsgər qızı. Ailəlidir, iki övladı var. Qızım bronx qalınlaşmasından əziyyət çəkir. Nəticədə ağ ciyərinə oksigen getmir. Uzun müddətdir ki, bu xəstəliyə düçar olub. Həkim əməliyyat olunması üçün 15 min manat istəyir. Əməliyyat Bakı Sağlmalı Mərkəzində olmalıdır. Xahiş edirəm ki, qızımın əməliyyat olunub sağlamlığına qovuşması üçün köməklik edəsiniz".

Səbinə Musayevanın əməliyyatına lazım olan məbləğin toplanması üçün aşağıdakı hesab nörməsinə ianə edə bilərsiniz:

 

 

YƏHYA

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR