Canməmmədov Canməmməd işdən çıxarıldı
2024-09-26 00:29:47
“Naxçıvan Taxıl Məhsulları” MMC-nin icraçı direktoru vəzifəsindən azad olunub.
Hurriyyet.Az Modern.az-a istinadla xəbər verir ki, bununla bağlı muəssisənin direktoru Şakir Tarverdiyev əmr imzalayıb.
Əmrə əsasən, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilərdə deputat seçilən “Naxçıvan Taxıl Məhsulları” MMC-nin icraçı direktoru Canməmmədov Canməmməd Ramiz oğlu öz ərizəsi əsasında işdən azad edilib.