“Caliber”: “Ekoloqlarımızı Vardanyanla birlikdə Qarabağ ermənilərindən ibarət aqressiv kütlə qarşılayıb”

2022-12-10 21:10:00

“Caliber”: “Ekoloqlarımızı Vardanyanla birlikdə Qarabağ ermənilərindən ibarət aqressiv kütlə qarşılayıb”

İki dələduzdan ibarət korrupsiyaya bulaşmış duet Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov və Ruben Vardanyan ekoloqlarımız Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət zonasındakı mədənlərə baş çəkərkən təxribat törədiblər. 

Azərbaycan tərəfi Vardanyanla istənilən təmasdan imtina edib. Təxribatçılar isə tərəflər arasında təmasın olacağına bel bağlayırdılar. Biz Moskvadan göndərilmiş emissar və onun əlaltısı olan general tərəfindən məqsədyönlü eskalasiyasını növbəti dəfə müşahidə edirik.

Hadisənin təfərrüatlarına gəldikdə ekoloqlarımız mədənə gəlib çıxarkən onları əvvəlcədən ora gizli məqsəd üçün göndərilmiş Qarabağ ermənilərindən ibarət aqressiv kütlə qarşılayıb.
Vəziyyəti “nizamlamaq” üçün Vardanyan “gözlənilmədən” hadisə yerində peyda oldu. O, “burada mən “nazirəm”, mənimlə danışın” deyib. Ekoloqlarımız buna cavab olaraq Vardanyana ehyam vurublar ki, o, “nazir” deyil... Ruben Rusiya hərbi gəmisinin istiqamət aldığı yerə göndərilib.

Heç bir şübhə yoxdur ki, Rubenin “leqallaşdırılması” ilə bağlı bu cəhd əvvəlcədən Rusiya sülhməramlı kontingentilə razılaşdırılıb. Belə ki, mütəxəssislərimiz iki mədənə yollanıblar və hər iki halda da hadisələrin ssenarisi oxşar olub.

Rusiya sülhməramlı kontingentinə gəldikdə isə onlar növbəti dəfə göstərdilər ki, o cümlədən yerlərdə mülki şəxslərimizin təhlükəsizliyinin və işlərinin təmin edilməsi məsələsində  Azərbaycan tərəfilə əldə olunmuş razılaşmalara əməl etmək istəmirlər və bunu edə bilmirlər.

Onlarla hər şey aydındır. Top bizim tərəfimizdədir.\\Caliber.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.140060