“Caliber”: “Artıq vaxtdır: Güney Azərbaycan İranın tərkibindən çıxmalıdır” - VİDEO

2022-08-27 14:07:00

“Caliber”: “Artıq vaxtdır: Güney Azərbaycan İranın tərkibindən çıxmalıdır” - VİDEO

İran üçün avqust tarixən ən isti aydır. Gün ərzində temperatur 30 dərəcədən aşağı düşmür, amansız Günəşdən yerə “od yağır”, havanı daha da qızdırır, yüksək rütubət isə acınacaqlı vəziyyəti daha da ağırlaşdırır.

Belə isti günlərin birində Günəşdə kifayət qədər istilənmiş İranın keçmiş xarici işlər nazirinin müavini, səfir və nüvə sazişi üzrə danışıqların iştirakçısı (hansı ki atom, uran və müxtəlif kimyəvi buxarlarla yaxın təmasdan beyin fəaliyyəti mənfi təsir alıb) Əbülfəzl Zühtəvənd Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla gözlənilən görüşü barədə mediada oxuduqdan sonra dəhşət içində ağlının və adekvatlığının qalıqları ilə vidalaşdı. Amma səhrada gəzən bədbəxtlərdən fərqli olaraq, o, vahə görmədi: Zühtəvəndin qızmış təxəyyülü onun gözləri qarşısında guya Azərbaycanın təşkil etmək niyyətində olduğu “İran raqnarök”ünü canlandırmağa başladı.

Bu barədə həftəlik müstəqil rusdilli “Caliber” hərbi-analitik internet layihəsinin növbəti buraxılışında deyilir.

Müəlliflərin sözlərinə görə, Zəngəzur dəhlizinin açılışının yaxın günlərdə olacağı və bunun, şübhəsiz ki, Azərbaycan və Ermənistan liderlərinin görüşü çərçivəsində müzakirə obyektinə çevriləcəyini başa düşməsi İran rəsmisini çox qorxudub (onun isterik sərsəmləməsi Türkiyə mediasında geniş dərc olundu). Xameneyinin yaxın adamı Azərbaycana qarşı izaholunmaz nifrətini (həm onun dini lideri, həm də İİR-in qalan “yuxarıları”nın bölüşdüyü nifrəti) gizlətməyə belə cəhd etmədi.

Ətraflı “Caliber”in növbəti süjetində:

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.057571