Cahangir Əsgərov vəzifəsindən kənarlaşdırıldı

2023-01-24 14:12:00

Cahangir Əsgərov vəzifəsindən kənarlaşdırıldı

Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) prezidenti Cahangir Əsgərov vəzifəsindən kənarlaşdırılıb.

Hurriyyet.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, hazırda AZAL-da yoxlamalar aparılır və təhvil-təslim prossesi gedir.

Hazırda AZAL-a rəhbərlik QSC-nin birinci vitse-prezidenti Samir Rzayevə tapşırılıb. Yaxın vaxtlarda Cahangir Əsgərovun vəzifəsindən azad olunması ilə sərəncamın imzalanacağı gözlənilir.

Məsələ ilə bağlı Azərbaycan Hava Yolları QSC-nin İctimaiyyətlə əlaqələr xidmətinin mətbuat katibi Nərmin Xəlilovaya müraciət etdik. Qurumun sözçüsü bu barədə məlumatının olmadığını bildirdi və rəsmi sorğu göndərməyimizi istədi.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.142887