Saat:06:31
Haqqımızda

Çağırış vərəqəsi olmadan Qarabağ qazisini kim çağırır?

2022-08-18 20:47:00

Çağırış vərəqəsi olmadan Qarabağ qazisini kim çağırır?

İttiham – istintaq orqanlarına hüquqdan dərs

11 iyul 2022-ci ildə saat 15 radələrində tələbimdən sonra  özünü Nizami RPİ-nin müstəntiqi kimi təqdim edən Qalib Kərimli 0555204740 nömrəsindən  zəng edib,” barəmdə olan cinayət işi” ilə bağlı izahat vermək üçün  təcili Nizami RPİ-nin istintaq idarəsinə gəlməyimi bildirdi və cinayət işinin baş prokurorluğun korrupsiyaya qarşı mübarizə idarəsindən ona göndərildiyini vurğuladı. Hansı qisimdə çağırıldığımı soruşduqda isə “elə belə izahat almaq” niyyətini açıqladı , hətta ənənəvi üsulla, yəni işlətmədiyim ifadələrin etikadan kənar olduğunu bildirməklə təxribata əl atdı. Təbii ki, təxribat baş tutmadı və müstəntiqdən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin  (CPM) tələbinə uyğun olaraq çağırış vərəqəsi göndərilməsini tələb etdim. Qalib Kərimli iki dəqiqəyə hazır edəcəyini dediyi çağırış vərəqəsini iki aya yaxındır hələ də göndərə bilməyib. DİN -in  102 qaynar xəttinə şikayətimə də heç bir cavab verilməyib.

Bu saatlarda 1-ci dərəcəli Qarabağ əlili kimi evdən kənar müalicədə olduğum zaman oğlum zəng edib Nizami polisinin adından evə gəlib izahat verməyə çağırıldığımı eşitdim . Yenə də nə kimin çağırdığı, hansı məqsədlə , hansı qisimdə çağırdığı deyilmir və təbii ki, çağırış vərəqəsindən söhbət belə getmir. Yenə də 102-yə müraciət etdim və qanunvericiliyin tələbini diqqətə çatdırmağı və ailə üzvlərimin rahatsız edilməməsini, özümlə əlaqə saxlanılmasını vurğuladım. Onu da özəl olaraq vurğulayım ki, hazırda həyat yoldaşım qorxu içindədir.

İndi tapmaca qarşısındayam , görəsən, mən hansı cinayəti etmişəm ki, “elə belə izahat almağa” çağırırlar ? Korrupsiyaya qarşı mübarizə idarəsindən göndərilibsə, deməli, məsələ ciddidir. Yəqin yataq xəstəsi Qarabağ əlili kimi “ vəzifə səlahiyyətlərimdən sui-istifadə edərək”  mənə qulluq edən həyat yoldaşıma qarşı qanunsuzluq etmişəm , mənə qulluğa görə verilən 80 manatı mənimsəmişəm. Başqa mənim korrupsiya ilə bağlı nə cinayətim ola bilər?

 Korrupsiya məsələsi belədir ki, Xətai məhkəməsinin 26.05.2009 tarixli, 2 (011)-451/09 və 21.06.2011 tarixli,   2 (011)-855/11 saylı  iki qətnaməsi ilə mənə verilən Nizami rayonu, Bəhruz Nuriyev -10a ünvanındakı otaqları borclular Əmlak Məsələləri Dövlət Komitəsi  (hazırda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ) , Nizami RİH və Ədliyyə Nazirliyinin icra baş idarəsinin məsul şəxslərinin saxta şəhadətnamə ilə ələ keçirib satmalarına hüquqi qiymət verilməməsindən  14 -cü ildir baş prokurorluğa şikayətlərimə baxılmır. 25.05.2022-ci ildə baş prokuror yanında korrupsiyaya qarşı mübarizə baş idarəsinin Orxan Hüseynov adlı prokuroru 0507658875 nömrəsindən zəng edib, ertəsi günə  şikayətim üzrə izahat almağa çağırıb və sevincək 26.05.2009 -cu ildə -Xətai məhkəməsinin qətnaməsinin icra olunmamasının 13-cü ildönümündə idarəyə gedəndə bəlli olub ki, Orxan Hüseynov icra-ədliyyə məmurlarının sifarişi ilə slahiyyətlərini aşaraq zərərçəkəni “elə belə sorğulamaq” yolu tutub. Təbii ki, korrupsiya prokurorunun yazdığı izahatı imzalamaqdan imtina etdim və özümün yazdığım ərizəni, qəbul edilmədiyindən, idarənin çölündəki məktublar-şikayətlər qutusuna atdım. 3 ay keçib, hələ də cavab yoxdur. Yəqin Ədliyyə Nazirliyinin icra baş idarəsinin göstərişi ilə “elə belə izahat”a imza atmamağım “cinayət işinin” qeyri-prosessual yolla Nizami RPİ-nin müstəntiqi Qalib Kərimliyə göndərilməsi ilə sonuclanıb.

0121070000 dövlət nömrəsindən 29.03.2022-ci ildə zəng edən Ədliyyə Nazirliyinin əməkdaşı tələbkar kimi 3 il gizlədildikdən sonra 2014-cü ildə mənə verilən 21.06.2011 tarixli qətnamənin  0507707040 vatsapp nömrəsinə göndərilməsini və Elçin adlı şəxsə də qəbul etməyi tapşırıb, mənə hədə-qorxu gəldi ki, icra vərəqi qətnamənin nəticə hissəsi ilə düz gəlmir və bu səbəbdən hüquq mühafizə orqanlarına müraciət ediləcək. Ona başa saldım ki, hüquq mühafizə orqanlarının “ən yekəsi” baş prokurorluqdur və mən də 13 ildir bu yekəlikdə hüquq mühafizə orqanlarından heç bir tədbir görülməsinə nail ola bilmirəm.

Hüquq mühafizə orqanlarının, özəlliklə ittiham istintaq orqanlarının diqqətinə CPM-in 226-cı maddəsini çatdırıram :

226.1. ŞAHİD, ZƏRƏR ÇƏKMİŞ,  ŞÜBHƏLİ ,TƏQSİRLƏNDİRİLƏN ŞƏXS VƏ BAŞQA ŞƏXSLƏR MÜSTƏNTİQİN YANINA ...ÇAĞIRIŞ VƏRƏQƏSİ İLƏ ÇAĞIRILIRLAR.

226.2.ÇAĞIRIŞ VƏRƏQİNDƏ KİMİN , HANSI PROSESSUAL QİSİMDƏ ÇAĞIRILDIĞI, habelə ÇAĞIRILAN ŞƏXSİN HARAYA VƏ NƏ VAXT (GƏLMƏ GÜNÜ VƏ SAATI) GƏLMƏLİ OLDUĞU GÖSTƏRİLİR. .

Bunları diqqətə çatdırmaqda amacım odur ki, həm qanunvericiliyə hörmət edilsin, həm də insan və müdafiə hüquqlarıma.

 

Məğrur Bədəlsoy

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR