"Çağırıb dedilər ki, dövlətlə dövlətçilik eləmə..." - "Wolt"a etiraz edən aksiyaçı

2022-09-03 09:20:00

"Wolt" şirkətinin bir qrup kuryeri Bakıda aksiya keçirib. Onlar daşınma haqqının endirilməsinə etiraz əlaməti olaraq “Wolt”un boykot edilməsinə çağırış ediblər. Bundan sonra aksiyanın təşkilatçısı, "D18 Hərəkatı"nın idarə heyətinin üzvü Afiəddin Məmmədov Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilib.

Hurriyyet.az-ın məlumatına görə, A. Məmmədov "Toplum TV"-yə bildirib ki, polis idarəsində ondan kuryerlərin tələblərinin nə olduğunu soruşublar:

"Daha sonra bu işi araşdıracaqlarını bildirdilər. Mənə bir daha etiraz aksiyaları keçirməməyimizi tövsiyə etdilər. Bildirdilər ki, dövlətlə dövlətçilik eləmə...". 

"Mən isə öz növbəmdə Konstitusiyanın 49-cu maddəsini əsas gətirdim və bizim sərbəst toplaşmaq hüququmuzun  olduğunu dedim. Ad soyadımı qeydiyyata alıb, sərbəst buraxdılar", - deyə Məmmədov əlavə edib.

Afiəddin Məmmədov deyib ki, onlar əsasən üç tələblər çıxış ediblər: "Birincisi, ikili sifarişlərdə hər sifariş götürüldüyü yerdən, çatdırıldığı yerə hesablansın, ikincisi, hər 100 metr üçün tarif 0.03 qəpikdən 0.06 qəpiyə qaldırılsın, üçüncüsü də, yol xəritəsi "Waze" və ya "Google maps" proqramları olsun".

O bildirib ki, tələbləri yerinə yetirilməyincə etirazları davam edəcək. 

Daxili İşlər Nazirliyi isə aksiyaçıların polisə çağırılmasının araşdırma məqsədi daşıdığını deyib. 

"Wolt" 2014-cü ildə Sluş Miki Kuusinin tərəfindən qurulub. 

Mənzil qərargahı Helsinki şəhərində yerləşir. 

"Bloomberg" yazır ki, 2018-ci ilin yanvarında "Wolt" 30 milyon dollar maliyyə vəsaiti toplayıb. 

Bu, 2019-cu ildə 70 milyon dollara yaxın olub.

Şirkət 2019-cu ildə Azərbaycanda fəaliyyətə başlayıb.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.071545