Bütün ölkələr Qarabağı Azərbaycan ərazisi sayır - Paşinyan

2023-01-10 17:52:00

Bütün ölkələr Qarabağı Azərbaycan ərazisi sayır - Paşinyan

"Dünyada elə bir ölkə olmayıb və yoxdur ki, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasın". 

Hurriyyet.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu baş Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib.

O əlavə edib ki, Praqa görüşünün yekunlarına əsasən, Ermənistan və Azərbaycan arasında 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında ərazi bütövlüyünün tanınması barədə razılıq əldə olunub.

Hökumət başçısı qeyd edib ki, Ukrayna hadisələri kontekstində yeni dünya düzəni uğrunda böyük mübarizə gedir: "Və bu yeni düzəndə biz Ermənistanı qurban verə bilmərik. Biz beynəlxalq ictimaiyyətə müharibə elan edirik? Bizim seçimimiz var: inkişafın məntiqinə inteqrasiya etmək və ya onun əleyhinə getmək. Biz sülh üçün seçim edirik". 

yenisabah.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.203084