"Bütün ali məktəblərin yataqxanasının olması vacibdir" - Ekspert danışır

2022-08-31 16:45:00

“Bütün ali məktəblərin yataqxanasının olması vacibdir. Bunun üstünlükləri düşündüyümüzdən daha çoxdur. Yataqxana tələbələri hədsiz dərəcədə sosiallaşdırır. Ən başlıcası isə yataqxananın olması valideynlərnə böyük iqtisadi köməkdir. Çünki yataqxana olmayanda, tələbə məcbur qalıb kirayə ev tutur. Kirayə pulu da valideynlər üçün əlavə xərc deməkdir”.
Hurriyyet.az xəbər verir ki, bu fikirləri Bakupost.az -a açıqlamasında əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyib.
Professor bildirib ki, bir neçə nazirliyin görə bilmədiyi işi bir yataqxana ilə həll etmək mümkündür:
“Kitabxanalar qədər yataqxanalar da universitetin vacib hissəsidir. Hətta deyərdim, ən vacib hissəsidir. Universitetləri kitabxanasız təsəvvür etmək mümkün olmadığı kimi yataqxanasız da təsəvvür etməməliyik. Yataqxananın universitet üçün nə demək olduğunu yalnız təhsili idarə edənlər dəqiq bilər. Bizim təhsilə baxışımız primitiv olduğundan yataqxanaya baxışımız da primitivdir. Biz təhsilin əsasını bünövrədən düz qoya bilmirik. Təhsilə baxış fəlsəfəsi dəyişməlidir. Dəyişməsə, təhsilimizin səviyyəsi elə olduğu kimi qalacaq”.
Ş. Əsgərov vurğulayıb ki, yataqxanası olan universitetə xaricdən çoxlu sayda tələbə də gələr: “Biz özümüzü bu axından da məhrum edirik”.

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.058120