Saat:11:30
Haqqımızda

“Buster” doza bu səbəbdən VACİBDİR

2022-01-28 16:29:00

“Buster” doza bu səbəbdən VACİBDİR

“COVID-19 virusuna qarşı iki yolla qoruyuculuq qazana bilərik. Bunlar xəstəliyi keçirərək qazanılan təbii immunitet və vaksin olunaraq qazanılan süni immunitetdir”.

Bunu Modern.az-a açıqlamasında həkim-infeksionist Nəzrin Mustafayeva bildirib.

Onun sözlərinə görə, araşdırmalar nəticəsində məlum olub ki, hər iki yolla əldə edilən virusa qarşı anticisim miqdarında müəyyən dövrdən sonra enmə müşahidə edilir. Bu isə COVID-19 virusuna yoluxma riskini artırır.

“Buna görə ikinci doza vaksindən 5 ay keçmiş insanların qüvvətləndirici doza dediyimiz “buster” doza vaksin vurdurmaları məsləhət görülür”.

N.Mustafayeva qeyd edib ki, “Buster” doza vaksin vasitəsilə orqanizmdə COVID-19 virusuna qarşı anticismin miqdarı yenidən yüksəlir və bu da orqanizmi xəstəliyin ağırlaşmasından qoruyan əsas faktorlardandır.

Modern.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR