Saat:20:47
Haqqımızda

Bürclərin sevimli rəngi, qoxusu və çiçəyi hansılardır...

2021-11-22 16:31:00

Bürclərin sevimli rəngi, qoxusu və çiçəyi hansılardır...

Hər bürcün, hər ulduzun; bir rəngi, bir qoxusu, bir çiçəyi var. Bəzən bir bürc birdən çox çiçəyi, rəngi və qoxunu təmsil edə bilir. Bunun səbəbi isə, bürcü idarə edən ulduzlar və bürclərdə güclü olan ulduzlardır. Ulduz xəritənizdə hansı bürc güclüdürsə, o ulduzun təmsil etdiyi qoxuya və o çiçəyə digərləri ilə müqayisədə daha çox önəm verərsiniz.

Qoç

Qoç bürcünün rəngi, qırmızıdır. Qoç bürcü altında doğulanlar, qırmızı rəngi sevməklə bərabər, qara rəngə də meyilli olarlar. Qoç bürcü altında doğulanlar, qırmızının bütün tonlarını sevsə də, daha çox qan qırmızısı rəngə üstünlük verərlər. Qoç bürcünün çiçəyi isə, qərənfildir. Bu bürc altında doğulanlar, lavanda və ədviyyatlı qoxuları daha çox sevir.

Buğa

Buğa bürcü də qırımızını sevir. Ancaq narıncı və narıncı-qırmızı rəng tonlarından da xoşları gəlir. Yaşıl və açıq çəhrayı rəngini də sevir Buğalar. Buğa bürcünün çiçəyi isə qızılgüldür. Buğa bürcü altında doğulanlar, zambaq qoxusunu sevir.

Əkizlər

Əkizlər bürcünün rəngi, narıncıdır. Bu bürc altında doğulanlar geyimlərində narıncı rəngdən istifadə etməsələr də, narıncı rəngə baxmağı sevərlər. Narıncı və sarı rəng, onlara xoşbəxtlik verər.

Əkizlər bürcü altında doğulanların çiçəyi isə, nərgiz gülüdür. Ancaq qoxu olaraq, mimoza və çobanyastığı qoxularını daha çox sevərlər.

Xərçəng

Xərçəng bürcü altında doğulanlar, gümüşü rəngləri daha çox sevər. Ağ və açıq duman rənglərinə də üstünlük verərlər. Gümüşü və yaşıl rəng də, bu bürcün mənsublarının gözünü oxşayan rənglərdəndir. Xərçəng bürcündən olanlar, sümbülün qoxusundan sakitəşirlər. Ağ rəngli güllər və bu güllərin qoxusu, Xərçəng bürcündən olanlara hüzur verər.

Şir

Şir bürcü altında doğulanlar narıncı, sarı və qırmızı rəngi sevər. Qızılı rəngə baxmaqdan zövq alan Şir bürcü mənsubları, çöl çiçəklərini və lavanda qoxusunu sevər. Şir bürcündən olan şəxslər, daha çox çobanyastığı güllərinə baxmaqdan zövq alarlar.

Qız

Qız bürcü altında doğulanlar, torpaq rəngi tonlarını və yaşıl rəngin tonlarını sevərlər. Sarı-yaşıl arasında olan rəng tonlarına baxmaqdan zövq alarlar. Və bu rəng çalarlarından istifadə etdikləri zaman özlərini xoşbəxt hiss edərlər. Qız bürcü altında doğulanlar, buğda və arpa çiçəyinə baxmaqdan zövq alırlar. Çöl çiçəklərini və onların qoxusunu sevərlər. Narıngi, limon və portağal ağaclarının çiçəklərinin qoxusu ilə sakitləşirlər.

Tərəzi

Tərəzi bürcü, mənsublarının rəngi yaşıldır. Ancaq çəhrayı rəngə baxmaq, Tərəzi bürcü mənsublarının ruhunu sakitləşdirir. Tərəzi bürcünün qoxusu, qızılgül qoxusudur. Tərəzi bürcü mənsubları, qızılgülü və gül qoxusunu çox sevirlər. Yasəmən çiçəyi qoxusu, Tərəziyə rahatlıq verir. Qara sevda yaşayan Tərəzilərin eşq acısı, qızılgül ətri ilə sakitləşir.

Əqrəb

Əqrəb bürcünün rəngi, qırmızı və qaradır. Əqrəb bürcü mənsubları qırmızının hər tonunu sevir, ancaq qan qırmızısı rəngə daha çox önəm verərlər. Əqrəblər, yaşıl və mavi rəngləri də sevir. Qırmızı və yaşılın qarışığı, qara ilə sarının qarşığı Əqrəb bürcünün diqqətini çəkir. Əqrəb bürcü, mənsubları, qərənfil və lavanda güllərini sevir və onların qoxusunda xoşları gəlir. Tünd yaşıl yarpaqları və çiçəkləri qırmızı olan bəzək bitkilərinə baxmaqdan zövq alırlar. Qırmızı çöl laləsi, Əqrəb bürcünə hüzur verir.

Oxatan

Oxatan bürcü altında doğulanlar qırmızı, narıncı və mavi rəngi sevir. Mavi çalarlarına qarşı içlərində bir cazibə gücü var. Bənövşəyi rəng də, Oxatan bürcünün diqqətini çəkir. Oxatan bürcündən olanlar, qərənfili və qərənfil qoxusunu sevir. Nərgiz, zambaq və yasəmən gülləri də Oxatanlarln sevdiyi güllərdir.

Oğlaq

Oğlaq bürcü altında doğulanlar yaşıl, qəhvəyi və tünd göy tonlarını sevir. Oğlaq bürcü altında doğulanlar, çöl çiçəklərini və şam qoxusunu sevər, alma ağacının çiçəyinə və meşə güllərinə baxmaqdan zövq alarlar. Oğlaq bürcü mənsubları, yaşılın bütün tonlarını sevir.

Dolça

Dolça bürcü altında doğulanlar bənövşəyi, mavi və metal rəngləri sevərlər. Bənövşəyi rəngə baxdıqları zaman zövq alarlar. Bənövşəyi və mavi rəng tonları, Dolça bürcündən olanların ruhunu sakitləşdirir. Bənövşə, nərgiz, zambaq və orxideya güllərini sevərlər. Sərv və şam ağacları, Dolçanın azad ruhuna rahatlıq verir.

Balıq

Balıqların ən sevdiyi rəng, mavi rəngdir. Yaşıl rəngin tonlarını da bəyənirlər. Bənövşəyi və tünd göy rənglər onların əsəblərini sakitləşdirir. Gümüşü rəng tonlarına qarşı cazibə hiss edərlər.

Su zanbağı, nilufər və yasəməni çox sevərlər. Bu bürcün insanları, qızılgül ətrini və qərənfil qoxusunu çox sevir. Ulduz xəritəsinə görə, bürclərin sevdiyi rənglər, güllər və qoxular onlara uğur gətirir.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR