Saat:09:21
Haqqımızda

Bürclər hansı yaşda toy etməlidir?

2024-04-13 20:20:58

Bürclər hansı yaşda toy etməlidir?

Bürclər ulduzlu səmanın bir hissəsidir. İnsanların doğulduğu aylardan asılı olaraq bürcləri də dəyişir.

Astroloqlar apardıqları araşdırmalarla hansı bürcün hansı yaşda evlənməli olduğunu ortaya qoyur. Onlar hesab edirlər ki, hər bürcün evlilik üçün ən uyğun vaxtı var. İstər inanın, istər inanmayın, dünyada astroloqları dinləyən milyonlarla insan var.

Hurriyyet.Az Yenisabah.az-a istinadla mütəxəssis astroloqların araşdırmalarına istinadən bürclərə görə ideal evlilik yaşlarını təqdim edir:

Qoç

Ümumilikdə, Qoç bürcü olan insanlar səbirsiz və qəzəbli ola bilərlər. Bu səbəbdən də ani qərarlar verərək hərəkət edirlər. Hər zaman verdikləri qərarların arxasında duran Qoç bürcləri gənc və erkən evlilik yaşında evlənə bilərlər.

Buğa

Şəxsiyyət olaraq, olduqca duyğusaldırlar. Onlar əbədi sevgiyə inanırlar. Həyatlarını həsr edəcəkləri mükəmməl tərəfdaşı səbirlə gözləyirlər. Bu gözləmə təxminən 30 il davam edə bilər.

Əkizlər

Özlərini çox sevirlər. Onlar ümumiyyətlə eqoistdirlər. Əkizlər hər bürclə anlaşa bilmirlər. Bu səbəbdən şəxsi həyatlarındakı əlaqələr qısa müddətli olur. Əkizlər adətən bir dəfədən çox evlənirlər. Nikah üçün maksimum yaş həddi 36-dır.

Şir

Şir bürcü ilə yaxşı rəftar etsəniz, qısa zamanda sizinlə gözəl bir evlilik həyatına doğru böyük addımlar atacaq. Təvazökar davranan Şirlər, onlara necə yanaşmaq lazım olduğunu bilirlər. Evlilik yoldaşı axtaran Şirlər seçici olduqları üçün ən çox 22-30 yaşları arasında evlənirlər.

Qız

Qız bürcü üçün karyera çox önəmlidir. Ümumiyyətlə, Qızlar öz tərəfdaşlarını tapmaqda çətinlik çəkmirlər. Erkən yaşda tanış olduqları üçün erkən evlənirlər. Evlilik üçün yaxşı bir insanla tanış olsalar, 21-24 və ya 27-29 yaşlarında evlənərlər.

Tərəzi

Ümumiyyətlə, Tərəzilər 20 yaşından sonra evlənirlər. Ancaq sonra boşanma riskləri var. Buna görə də çox diqqətli olmalıdırlar.

Əqrəb

Əqrəb bürcü olan insanlar ümumiyyətlə duyğusaldırlar. Bu səbəbdən tez soyuyurlar və tez aşiq olurlar. Qəfil qərarlar verdikləri üçün erkən evlilik ehtimalı yüksəkdir.

Oxatan

Bu, azadlıqsevər bir bürcdür. Onlar partnyorundan sıxılanda dərhal imtina edir və əlaqəni bitirir. Bu xüsusiyyətlərə malik Oxatanların evlilik yaşı bir az gec ola bilər.

Oğlaqlar

Oğlaqlar erkən evlilik yaşaya bilərlər. Hətta onların erkən yaşda valideyn olduqları da görünür. Harmonik və mehriban təbiətləri sayəsində tez bir zamanda tərəfdaş tapmaq qabiliyyətinə malikdirlər.

Dolça

Təəssüf ki, Dolça üçün pis xəbərimiz var. Özlərinə uyğun birini tapmaqda çətinlik çəkən Dolçalar uzun illər tək yaşayırlar. Evlilik yaşı adətən 40-dır.

Balıqlar

Balıq bürcü sahiblərinin daxili dünyası kifayət qədər zəngindir. Xəyallarını həyata keçirmək üçün çox səy göstərirlər. Onların 25-27 yaşları arasında evlilik həyatına girəcəkləri proqnozlaşdırılır.

Xərçəng

Onlar ümumiyyətlə evlilik həyatına çox erkən başlamağı düşünürlər. Digər tərəfdən, onlar valideynlərini çox sevirlər. Onlar ailələrindən ayrılmaqda çətinlik çəkirlər. Xərçənglərin evlilik yaşının 23-25 ​​arasında olacağı proqnozlaşdırılır.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.245410