Saat:06:15
Haqqımızda

Bura 16 minə yaxın işçi cəlb ediləcək - Nazir

2021-08-02 16:28:00

Bura 16 minə yaxın işçi cəlb ediləcək - Nazir

Prezident İlham Əliyevin Daşkəsən rayonuna səfəri çərçivəsində AzerGold QSC-nin "Çovdar" İnteqrə olunmuş Regional Emal Sahəsinə, “Mərəh” qızıl mədəninə diqqəti qeyri-neft sektorunun əsas sahələrindən olan dağ-mədən sənayesinə verilən böyük önəmin göstəricisidir.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

"Bu sahənin inkişafında xüsusi rolu olan “AzerGold”un 2035-ci ilə qədər əlvan və qara metal yataqlarının səmərəli istismarı ilə ölkənin məcmu ümumi daxili məhsuluna (ÜDM) 21,9 milyard manatlıq töhfə verilməsi, 16 minə yaxın işçi cəlb etməsi proqnozlaşdırılır", - deyə o, qeyd edib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR