"Bunu sizə qadağan edirəm"
Rusiyada məşhurlaşan azərbaycanlı müğənni navai (Nəvai Bəkirov) izləyicilərinin suallarını cavablandırıb.
Hurriyyet.Az Axşam.az-a istinadla xəbər verir ki, ifaçı ona ünvanlanan "Adi qızla sevgili olarsınız" sualına əsəbiləşib:
"Sizə belə fikirləri beyninizdə saxlamağı qadağan edirəm. Bunlar kompleksli bir qızın düşüncələridir. Bütün qızlar özünəməxsus gözəldir. Hər oğlanın fərqli zövqü var. Sənin bəyənənsəni tapacaq və siz onun üçün ən yaxşı və gözəl olacaqsınız. Bəzi qızların çoxlu abunəçisi var və o, instaqramda məşhurlaşıb. Onun bir növ fərqli olduğunu düşünmək düzgün deyil. Siz qızlar özünüz bəzən deyirsiniz ki, bir insanı instaqrama və şəkillərə görə mühakimə etməyin. Sonra da sizin kimi gözəl olan digər qızlar üçün də eyni şeyi edirsiniz.
İnsanları iki kateqoriyaya bölmək lazımdır: yaxşı, mehriban, səmimi insan və valideynləri təəssüf ki, işə və ya başqa bir şeyə görə uşaqlıqda bunu öyrədə bilməyən şəxs. Qalan hər şey: gözəllik, instaqram, populyarlıq və sair bunların hamısı gəlir və gedir, ya da müvəqqətidir".