Saat:09:24
Haqqımızda

Bunu edən piyadalar 40 manat cərimələnəcək? – Rəsmi

2024-11-02 17:50:24

Bunu edən piyadalar 40 manat cərimələnəcək? – Rəsmi

Sosial şəbəkələrdə SİMA yeni nəsil rəqəmsal imzanın yolu qadağan olunmuş yerlərdən keçən piyadaların cərimələnməsi məqsədilə istifadə olunduğuna dair yanlış məlumatlar həqiqəti əks etdirmir və reallığa uyğun deyil. 

Hurriyyet.az xəbər verir ki, bu barədə "Report"-a SİMA mobil tətbiqinin yaradıcısı olan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom”-dan bildirilib.

“SİMA rəqəmsal imza sadəcə hüquqi və biznes proseslərində, istifadəçilərin elektron imza ehtiyaclarını qarşılayaraq onların rəqəmsal mühitdə şəxsiyyətlərini təsdiqləməsi üçün istifadə edilən rəqəmsal həlldir. SİMA rəqəmsal imzanın piyadaların yol hərəkəti qaydalarını pozması ilə bağlı hər hansı nəzarət və ya cərimələmə funksiyası yoxdur”, - məlumata qeyd edilib.

Qeyd edək ki, bir neçə gündür sosial şəbəkələrdə yeni nəsil şəxsiyyət vəsiqəsi və ya SİMA imzası olan hər kəsin yeni nəsil təhlükəsiz şəhər kameraları tərəfindən piyada keçidi olmayan yerlərdən keçərkən 40 AZN cərimələnməyə başlaması barədə məlumatlar yayılır.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.176002