"Bundan sonra Rusiyanın Azərbaycana dost gözü ilə baxmasını bir faydası yoxdur" - FUAD QƏHRƏMANLI

"Bizim Rusiyadan ala biləcəyimiz tək şey Qarabağ idi, onu da alandan sonra daha ortada bir şey qalmayıb"
"Nikol Paşinyan Rusiyanı Cənubi Qafqaz siyasətinin 200 illik prioritetlərini dəyişməyə vadar etdi. Ancaq bundan sonra Rusiyanın Azərbaycana dost gözü ilə baxmasını bir faydası da yoxdur". Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Fuad Qəhrəmanlı qeyd edib.
Siyasi şərhçinin fikrincə, Rusiyanın dostluğu faydalı olsaydı, ermənilər onu bizə ötürüb Avropaya üz tutmazdılar: "Bizim Rusiyadan ala biləcəyimiz tək şey Qarabağ idi, onu da alandan sonra daha ortada bir şey qalmayıb. Ona görə də bu gün ölkə olaraq Rusiyaya üz tutub Qərbə arxa çevirməklə dövlətin milli maraqlarına deyil, rejimin mənfəətlərinə uyğun seçim edirik. Nəticədə isə bir tərəfdən Avropanın böyük iqtisadi faydalarından məhrum oluruq, qlobal inkişaf prosesindən ayrı düşürük, o biri tərəfdən də, gələcəkdə Qərbin Rusiyaya ödətdirəcəyi hesabın bir qismi də müttəfiq kimi bizim üzərimizə qoyulacaq".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az
