“Bundan sonra bizim gücümüz daha da artacaq”
“Artıq üçüncü gündür ki, bizim yanğınsöndürənlər Türkiyədə meşə yanğınlarına qarşı mübarizəni davam etdirirlər”.
Bu sözləri yanğınla bağlı Türkiyədə səfərdə olan fövqəladə hallar nazirinin müavini, general- leytenant Etibar Mirzəyev deyib.
Nazir müavini əlavə edib:
“İkinci mərhələdə Azərbaycandan göndərilən 54 yanğınsöndürmə texnikası və 250-yə yaxın canlı qüvvə hazırda Ankara istiqamətində hərəkət edir. Planlaşdırmışıq ki, sabah təxminən 12:00-02:00 arasında hadisə yerinə çatsınlar. Bundan sonra bizim gücümüz daha da artacaq və yanğınlara qarşı daha güclü mübarizə aparacağıq”.
Nazir müavini onu da əlavə edib ki, Azərbaycandan göndərilən əlavə qüvvələr Türkiyəyə çatandan sonra qarşıya qoyulan vəzifələri və yeni yanğın ərazilərinin söndürülməsi üçün atılacaq addımları dəqiqləşdirmək üçün “Böhran mərkəzi”ndə olacaq. \\Pravda