Saat:09:13
Haqqımızda

"Buna görə də ikinci yarıda daha cəsarətliydik" - Jordi Alba

2025-06-30 21:40:03

Klublararası dünya çempionatının 1/8 finalında PSJ-yə 0:4 hesabı ilə uduzan "İnter Mayami"nin müdafiəçisi Jordi Alba oyundan sonra fikirlərini bölüşüb.

İspaniyalı ulduzun sözlərini AS belə çatdırıb: 

"PSJ çox mobil komandadır. Boşluqlar axtarır, amansız hücumlar qururlar. Rəqiblərini səksəkədə saxlayırlar. Biz ilinci hissəyə hesab haqda düşünmədən çıxdıq. Buna görə də ikinci yarıda daha cəsarətliydik və daha yaxşı futbol oynadıq".

Xatırladaq ki, bu matçdakı bütün qollar ilk yarıda qeydə alınıb. PSJ 1/4 finalda "Bayern Münhen" ilə üz-üzə gələcək.  \\Fanat.Az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.482294