Saat:23:51
Haqqımızda

Bulvarda batan gənc belə xilas edildi (FOTO/VİDEO)

2023-05-27 23:03:00

Bulvarda batan gənc belə xilas edildi (FOTO/VİDEO)

Bulvarda dənizə düşən şəxs xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən Manset.az-a verilən xəbərə görə, "112" qaynar telefon xəttinə gecə saatlarında Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində 1998-ci il təvəllüdlü Aşırov Kənan İbarət oğlu dalğıclar tərəfindən xilas edilib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR