Saat:17:57
Haqqımızda

Büdcədən Naxçıvana ayrılan dotasiya azaldılır

2022-11-25 14:46:00

Büdcədən Naxçıvana ayrılan dotasiya azaldılır

“2023-cü ilin dövlət büdcəsindən Naxçıvana ayrılan dotasiya 31,1 milyon manat azaldılacaq”.

Hurriyyet.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib.

O qeyd edib ki, bu, Azərbaycan DTX strukturunda edilən dəyişikliklərə görə edilib: “Naxçıvanda yeni yaradılan Baş İdarə dövlət büdcəsinin mərkəzi xərclərindən maliyyələşəcək.

31,1 milyon manat azaldılan vəsait isə aşağıdakı xərclərə yönəldiləcək:

- Yeni səfirliklərin açılması və onların fəaliyyətinin təmin edilməsinə,

- Beynəlxalq fəaliyyətdə Azərbaycan maraqlarının müdafiə edilməsi üçün hüquq məsləhətçilərinin cəlb edilməsinə,

- Səfirliklərin təhlükəsizliyinin qorunmasının artırılmasına”.

Nazir əlavə edib ki, yerdə qalan vəsaitin 4,1 milyon manatı Milli Məclisin xərclərinə, 11,1 milyon manatı müdafiə və milli təhlükəsizlik xərcləri bölməsinin köməkçi bölməsinə yönəldiləcək.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR