Büdcədə 65 dollar götürülüb – sürətlə ucuzlaşır
Dünya bazarında neftin qiymətində azalmalar gözlənilən idi və 2026-cı il üçün proqnozlar nikbin hesab olunmur. Aparıcı təşkilatlar tərəfindən neftin bir barrelinin qiymətinin 60 dollardan aşağı olacağı proqnozlaşdırılıb
Hurriyyet.az xəbər verir ki, bu sözləri iqtisadçı alim, millət vəkili Vüqar Bayramov Axar.az-a açıqlamasında neftin qiymətinin sürətlə azalmasına münasibət bildirərkən deyib.
“2026-cı ilin dövlət büdcəsində “Azərlayt” markalı neftin bir barrelinin qiyməti 65 dollar nəzərdə tutulub. Bu məsələ Milli Məclisdə büdcə müzakirələrində də danışıldı.
Fikrimcə, neftin bir barrelinin qiymətinin 60 dollar müəyyənləşdirilməsi daha məqsədəuyğun olar. Mövcud qiymət optimal deyil”, - o bildirib.
Bayramov qeyd edib ki, neftin qiyməti 2026-cı ildə büdcədə nəzərdə tutulandan az olsa belə, büdcə dayanıqlılığı qorunacaq.
