Bu yolda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb
2024-02-12 22:36:42
Dumanlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.
Hurriyyet.az xəbər verir ki, bu bardədə DİN-in Nəqliyyatda İntelektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Eyni zamanda bütün məlumat sürət tablolarından “Dumanlı hava” işarəsi də götürülüb.