Saat:20:23
Haqqımızda

“Bu yağlar cinsi zəiflik yaradır, gənclər ona görə evlənmir” - Rəşid Mahmudov

2022-01-17 22:09:00

“Bu yağlar cinsi zəiflik yaradır, gənclər ona görə evlənmir” - Rəşid Mahmudov

Azərbaycan cəmiyyətində gündəmdən düşməyən mövzulardan biri də evlilikdir. Yaşlı nəsil gənc nəslin evlənmək istəmədiyini deyir.

Bunu müxtəlif səbəblərdən qaynaqlandığı bildirilir. Bəziləri düşünür ki, gənclərin evlənməməsinin psixoloji səbəbi  onların "azadlıq"larını itirməmək istəyidir. Qeyd olunur ki, qadınlar isə məsuliyyətdən yaxasını kənara çəkmək və ev işləri görməmək üçün istəmir.

Sadalanan səbəblər arasında evli şəxslərin ailə qurmaq niyyəti olan gəncləri həvəsdən salması da var.

Hurriyyet.az bildirir ki, tibb elmləri namizədi Rəşid Mahmudov mövzu ilə bağlı ölkə.az-a danışarkən söyləyib ki, gənclərin evlənmək istəməməsinin səbəbi palma yağı ilə bağlıdır:

"Gənclərin çoxunda zəiflik var. Səbəb ondan ibarətdir ki, bizim qidamızda palma yağı var. Azərbaycana ildə 50 tondan çox palma yağı gətirilir. Dünyada isə palma yağı qida kimi qəbul olunmur. Bu da həm qadınların, həm də kişilərin cinsi vəziyyətinə mənfi təsir göstərir. 

Sevgi, məhəbbət orqanizmdə cinsiyyət hormonlarının üsyanıdır, həddindən artıq çox ifrazıdır. Sevəndə insanın gözü heç ana-atasını da görmür və istədiyini gedib alır. Bunların hamısının səbəbini qidada görmək lazımdır. Qidamızı düzəltsək, yediyimiz makarona, vermişelə, hətta uşaq qidası olan qatılaşdırılmış südə də palma yağından qatırlar. Nəticədə bu da bədənin cinsi hormonların ifrazını azaldır və tənbəllik yaradır. Hormonlar çoxalarsa, adamlar sevəcək və vaxtında evlənəcək".

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR