Saat:12:30
Haqqımızda

Bu Xalq Artistinin oğlu Ermənistanda YAŞAYIRMIŞ - SİRLƏR AÇILIR

2021-11-24 21:01:00

Bu Xalq Artistinin oğlu Ermənistanda YAŞAYIRMIŞ - SİRLƏR AÇILIR

2018-ci ildə 81 yaşında vəfat edən SSRİ Xalq Artisti, görkəmli müğənni İosif Kobzonun övladlığa götürdüyü gizli oğlu var imiş.

Bu barədə məlumatı mərhum müğənninin həyat yoldaşı Nelli Kobzon qatıldığı televiziya proqramında açıqlayıb.

Bu məlumatı illərdir gizli saxladıqları deyən Nelli Kobzon: "Hazırda Ermənistanda yaşayan oğlanı hələ uşaq ikən götürüb saxlamışıq. Bu günədək də əlaqəmiz kəsilməyib. Hər dəfə bizim yanımıza gələndə oğlum, qızım və mən ona qarşı xüsusi diqqətlə yanaşırıq" deyib.

 

Nelli Kobzon mərhum əri İosif Kobzonun ona dəfələrlə xəyanət etdiyini, amma ərini çox sevdiyinə görə hər dəfə onu bağışladığını da açıqlayıb.

Qeyd edək ki, əsl adı Ninel Drizina olan Nelli Kobzon 1950-ci il dekabrın 13-də Sankt-Peterburqda yəhudi ailəsində anadan olub. Rusiyanın Əməkdar Mədəniyyət İşçisidir.

1971-ci ildə İosif Kobzonla ailə qurub. İ.Kobzonun üçüncü rəsmi nikahlı həyat yoldaşıdır.

Məşhur cütlüyün Andrey və Nataliya adında iki övladları var. \\Open.az 

 

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR