"Bu xalq 100 il ərzində baş verənlərdən nəticə çıxarmalıdır" - ZAUR MƏMMƏDOV

"Problem ermənilikdə, 200 il kütləvi şəkildə türkün çörəyini yeyib, suyunu içən hayların mənəvi dünyalarındadır"
"Məmləkətdə nə qədər "kosmopolit"var imiş. Həm o karikatura, həm ona oxşar şərhlər, həm də "no war" hərəkatının bəyanatı üzücüdür. Bu xalq 100 il ərzində baş verənlərdən nəticə çıxarmalıdır". Hurriyyet.az-ın məlumatına görə, bunu Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov bildirib.
Politoloq hesab edir ki, 1905-1906 və 1918-1920-ci illər soyqırımları, 1940-50-ci illərin deportasiyası, 1988-1994-cü illərin deportasiya və müharibəsi, eyni zamanda bu illər ərzində bizə qarşı fasiləsiz qəddarlığın qarşılığında bu cür fikir bildirmək cəmiyyətimizə, xalqımıza, şəhidlərimizə, həlak olan qadınlara, körpələrə, azərbaycanlılara qarşı hörmətsizlikdir: "Azərbaycan tolerant, hümanist olmasaydı burada müxtəlif dinlərin, xalqların nümayəndələri mehriban şəkildə yaşamazdılar. Problem ermənilikdə, 200 il kütləvi şəkildə türkün çörəyini yeyib, suyunu içən hayların mənəvi dünyalarındadır".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya