Bu universitetə 1500 tələbə qəbul olunacaq
Növbəti tədris ilində Qarabağ Universitetinə 1 500-ə qədər tələbənin qəbulu planlaşdırılır.
Hurriyyet.Az xəbər verir ki, bunu Report-a elm və təhsil naziri Emin Əmrullayev deyib.
"Ola bilər ki, bu rəqəm dəyişə də bilər. Əsasən mövcud fakültələr üzərindən yeni ixtisaslar yaradılacaq. Mövcud fakültələrdə müəllimlik ixtisaslarında yeni sahələr - kimya, biologiya, fizika və coğrafiya müəllimliyi olacaq. Bundan əlavə, mühəndislik ixtisaslarının da sayı artacaq. Tibb fakültəsinin də açılmasını planlaşdırırıq", - nazir bildirib.
E.Əmrullayev qeyd edib ki, Universitetin iki yeni korpusunun tikintisində ilkin işlər aparılıb.
Nazir vurğulayıb ki, növbəti ildən türkdilli dövlətlərdən və İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrdən tələbələrin Qarabağ Universitetinə təhsil alması planlaşdırılır. O, növbəti ildə də Qarabağ Universitetində təhsilin dövlət sifarişli olacağını əlavə edib.
Qeyd edək ki, hazırda Qarabağ Universitetində 1104 tələbə təhsil alır.