Bu universitet 2 milyona tədris korpusunu yeniləyəcək
2025-04-04 21:53:06

Azərbaycan Memarlıq və İnşaat Universiteti tender elan edib.
Elan olunan tender Bakı şəhəri, Yasamal rayonu, A.Sultanova küçəsi 11 ünvanında yerləşən Azərbaycan Memarlıq və İnşaat Universiteti PHŞ-nin ərazisində layihələndirilən tədris korpusunun yenidənqurulması ilə bağlıdır.
Satınalma predmetinin ehtimal olunan qiyməti 2 milyon 850 min manatdır. Nəzərə çatdıraq ki, tender aprelin 28-dək davam edəcək.
Qeyd edək ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədovadır. \\Valyuta.az
