Saat:19:24
Haqqımızda

"Bu təşəbbüsə digərlərinin qoşulmasını da istərdim..." - Eldar SABİROĞLU

2021-09-17 21:08:00

Mediadan oxudum ki, bu gün daxili işlər naziri cənab Vilayət Eyvazovun əmri ilə 22 nəfər Vətən müharibəsi iştirakçısı polis orqanlarında müxtəlif vəzifələrə işə götürülmüşdür. Vilayət müəllim bununla çox gözəl və xeyirxah bir işə öz imzasını atıb. Bu həm də nazir kimi onun dövlət və xalq qarşısında öz vəzifə borcuna nə dərəcədə bağlı olduğuna bir göstəricidir. Qurumda müəyyən çatışmazlıqların fərqində olsam da, nazir V. Eyvazovun bu nəcib hərəkətini təqdirəlayiq hal kimi qarşılayaraq ona öz təşəkkür və şükranlarımı ifadə edirəm. Bu təşəbbüsə digər dövlət orqanlarının qoşulmasını da gərəkli sayardım.

 

Eldar SABİROĞLU,

Sabiq millət vəkili, ehtiyatda olan polkovnik

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR